Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
04 İyun 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində Respublika çaylarında sululuq artıb, iyunun 02-də Balakənçay, Talaçay, Kişçay, Dəmiraparançay, Girdimançay və Göyçay çaylarından qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 545 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 325 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 101 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 265 m3/s olmaqla, ongünlük normanın 135 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 131 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 48, Şirvanda 54, Salyanda 4, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 70 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 453 sm (2017-ci il iyunun 04-də 381 sm), Şirvanda 269 sm (2017-ci il iyunun 04-də 265 sm), Salyanda 145 sm (2017-ci il iyunun 04-də 169 sm), Bankədə 183 sm (2017-ci il iyunun 04-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2017-ci il iyunun 04-də 88 sm) təşkil edir.