Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
01 İyun 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 385 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 370 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 143 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 2, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə alınıb, lakin Salyan məntəqəsində isə suyun səviyyəsində 4 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2017-ci il iyunun 01-də 366 sm), Şirvanda 217 sm (2017-ci il iyunun 01-də 223 sm), Salyanda 71 sm (2017-ci il iyunun 01-də 160 sm), Bankədə 169 sm (2017-ci il iyunun 01-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 sm (2017-ci il iyunun 01-də 66 sm) təşkil edir.