Ekologiya və Təbii Sərvətlər naziri Fransanın Azərbaycandakı səfirini qəbul edib
31 May 2018, 00:00
31 may 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez arasında tanışlıq görüşü keçirilib.
Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində Fransa təcrübəsinin öyrənilməsi, iki ölkə arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətin təşkili və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.