Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri Böyük Britaniyanın ticarət elçisini və Azərbaycandakı səfirini qəbul edib

31 May 2018, 00:00

31 may 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts arasında tanışlıq görüşü keçirilib.

Görüş zamanı Birləşmiş Krallığın plastik məhsullardan birdəfəlik istifadə üzrə yeni siyasəti, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.