Ekologiya və Təbii Sərvətlər Naziri may ayının 25-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək
15 May 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 25 may 2018-ci il tarixində saat 10:00-da Bərdə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının binasında (ünvan: Heydər Əliyev prospekti 92) Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 12 saylı (Bərdə) ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi (ünvan: Qasım bəy Zakir küçəsi 18) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-565-43-55, 050-628-48-52, 020-20-5-44-82) xahiş olunur.