Xəbərlər

Ağac kəsən şəxs cərimələndi

07 May 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Reyd zamanı Xətai rayonu Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində  yaş köküstə 26 sm diametrliyində 1 ədəd Şərq çinarı  ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Bakı şəhər sakini Emin Dadaşov tərəfindən kəsildiyi və təbiətə 750 manat ziyan dəydiyi məlum olub. Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu fiziki şəxs qismində 2000 manat məbləğində cərimə edilib.