Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

04 May 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 60-140, Lənkəran-Astara bölgəsi çaylarında  20-40, Naxçıvan MR çaylarında isə 10  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Mayın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 424 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 41 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Mayın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 337 sm (2017-ci il mayın 04-də 352 sm), Şirvanda 197 sm (2017-ci il mayın 04-də 215 sm), Salyanda 123 sm (2017-ci il mayın 04-də 138 sm), Bankədə 167 sm (2017-ci il mayın 04-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 53 sm (2017-ci il mayın 04-də 65 sm) təşkil edir.