Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 Aprel 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 70-170, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 305 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 350 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvan və Salyanda 2 sm azalma, Bankədə 1 sm artım qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 399 sm (2017-ci il aprelin 27-də 364 sm), Şirvanda 275 sm (2017-ci il aprelin 27-də 233 sm), Salyanda 201 sm (2017-ci il aprelin 27-də 167 sm), Bankədə 186 sm (2017-ci il aprelin 27-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 99 sm (2017-ci il aprelin 27-də 67 sm) təşkil edir.