Ölkə Prezidentinin ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqların icrasına həsr olunmuş müşavirə keçirilib
23 Yanvar 2014, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı 22 yanvar 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib.
Nazirliyin struktur bölmələrinin, tabeli qurumlarının rəhbərlərinin və mütəxəssislərin iştirakı ilə keçirilmiş müşavirəni Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov giriş sözü ilə açaraq 2013-cü ildə əldə edilmiş nailiyyətlər və qarşıda duran məsələlər barədə iclas iştirakçılarına məlumat verib. Qeyd olunub ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı çıxışında 2013-cü ildə görülmüş işlərə yekun vurub, 2014-cü ildə inkişaf kursunun davam etdirilməsi və əldə olunmuş uğurların daha da gücləndirilməsi məqsədilə gələcək inkişafın əsas istiqamətlərini müəyyənləşdirib.
Ölkə başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə daha da ciddi tədbirlərin görülməsi, havanı çirkləndirən amillərin bir daha təftiş edilməsi və bu amillərə qarşı kəskin mübarizə aparılması, yüksək avro standartına keçidin sürətləndirilməsi, müəssisələrdə ekoloji tədbirlərin görülməsi, ekoloji standartlara və texniki şərtlərə uyğun olmayan maşınların idxalının dayandırılması, havanı çirkləndirən müəssisələrin siyahısının təqdim edilməsi, orada ciddi yoxlamaların aparılması və tədbirlərin görülməsi, təmizləyici qurğuları olmayan müəssisələrin bağlanması, Böyük Şor gölündə ekoloji tədbirlərin görülməsi, bütün göllərin təmizlənməsi üzrə xüsusi proqramın qəbul edilməsi və s. barədə mühüm tapşırıqlar verdiyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların aidiyyəti üzrə icrası ilə bağlı keçirilən geniş müşavirədə nazirliyin bu istiqamətdə 2014-cü ildə qarşıda duran prioritetləri müzakirə olunub, müvafiq qurumların təklifləri dinlənilib.
Müşavirədə dövlət başçısının Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün həyata keçirilməsi zəruri olan konkret sahələr üzrə nazirliyin görəcəyi işlər müəyyənləşdirilib, bu istiqamətdə daha ciddi tədbirlərin görülməsi üçün nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlarına konkret tapşırıqlar verilib.
Müşavirənin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin keyfiyyətli və vaxtında icrasının təmin edilməsi məqsədilə xüsusi Komissiya yaradılıb, müzakirə olunmuş Tədbirlər Planının daha da təkmilləşdirilməsi tapşırılıb və bir neçə istiqamətdə Dövlət Proqramlarının hazırlanması üçün İşci Qruplar yaradılıb.