Xəbərlər

Ölkə ərazisində qısmüddətli toz-dumanı gözlənilir - YENİLƏNİB

18 Aprel 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb 18 aprel 2018-ci il tarixində günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

------------------------------------------------------------------------------------------------------------------

 Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 15:00 üçün)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır. 

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 18 aprel 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da sanitar normadan 10 faiz yuxarı olduğu qeydə alınıb.

------------------------------------------------------------------------------------------------------------------

Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 18:00 üçün)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək  atmosfer havasında müşahidələr aparır. 

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 18 aprel 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 15:00-da bu göstərici 10 faiz təşkil edirdi.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.