Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 Aprel 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 90-150, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 30  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 483 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 258 m3/s olmaqla ongünlük normanın 35 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 28 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 126 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 50  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 12, Salyanda 18, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 337 sm (2017-ci il aprelin 13-də 410 sm), Şirvanda 203 sm (2017-ci il aprelin 13-də 247 sm), Salyanda 129 sm (2017-ci il aprelin 13-də 204 sm), Bankədə 167 sm (2017-ci il aprelin 13-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il aprelin 13-də 103 sm) təşkil edir.