Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

09 Aprel 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 50  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 392 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 51  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 12, Salyanda 10, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2017-ci il aprelin 09-da 376 sm), Şirvanda 273 sm (2017-ci il aprelin 09-da 263 sm), Salyanda 181 sm (2017-ci il aprelin 09-da 210 sm), Bankədə 177 sm (2017-ci il aprelin 09-da 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 86 sm (2017-ci il aprelin 09-da 85 sm) təşkil edir.