Atmosfer havasında müşahidə olunan tozun miqdarı - YENİLƏNİB
29 Mart 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 09:00-da bu göstərici 20, 12:00-da 25, 15:00-da 32 faiz sanitar normadan yuxarı olub.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından atmosfer axınları ilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.
------------------------------------------------------------------------------------------------------------------
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 09:00-da bu göstərici 20 faiz, 12:00-da 25 faiz sanitar normadan yuxarı olub.
------------------------------------------------------------------------------------------------------------------
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da bir qədər də artaraq sanitar normadan 25 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 09:00 da bu göstərici 20 faiz təşkil edirdi.