Ekologiya və Təbii Sərvətlər Naziri mart ayının 30-da Ucar şəhərində vətəndaşların qəbulunu keçirəcək
27 Mart 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 30 mart 2018-ci il tarixində saat 10:00-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 153) Ucar, Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Kürdəmir şəhəri, 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi (ünvan: Heydər Əliyev prospekti 20) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-731-47-37, 051-458-73-73, 012-585-06-56) xahiş olunur.