Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

19 Mart 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 140-260, Lənkəran-Astara çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 100  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 325 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 66 m3/s təşkil edərək ongünlük normanın 70  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1,  Şirvanda 6, Salyanda 16, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2017-ci il martın 19-da 406 sm), Şirvanda 219 sm (2017-ci il martın 19-da 259 sm), Salyanda 183 sm (2017-ci il martın 19-da 178 sm), Bankədə 175 sm (2017-ci il martın 19-da 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2017-ci il martın 19-da 105 sm) təşkil edir.