Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 Mart 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 150-270, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 110  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 187 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 52 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 71  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4,  Salyanda və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 367 sm (2017-ci il martın 05-də 410 sm), Şirvanda 229 sm (2017-ci il martın 05-də 285 sm), Salyanda 185 sm (2017-ci il martın 05-də 256 sm), Bankədə 186 sm (2017-ci il martın 05-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2017-ci il martın 05-də 136 sm) təşkil edir.