Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

02 Mart 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 110-180, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 02-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 70  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 02-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 8, Salyanda 2, Bankədə 1 sm azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 sm (2017-ci il martın 02-də 424 sm), Şirvanda 241 sm (2017-ci il martın 02-də 327 sm), Salyanda 201 sm (2017-ci il martın 02-də 282 sm), Bankədə 201 sm (2017-ci il martın 02-də 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2017-ci il martın 02-də 150 sm) təşkil edir.