Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
21 Yanvar 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2014-cü ilin 01-15 yanvar tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 67 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 10 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 24 iş üzrə 53200 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə 1989.64 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 356 iş üzrə 67808.72 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 24, məhkəmələrə isə 1 iş göndərilib.