Xəbərlər

Avropa İttifaqının Birgə Ekoloji İnformasiya Sistemi (SEİS) II Şərq layihəsi çərçivəsində su məlumatlarının hərtərəfli idarəçiliyinə dair təlim

12 Fevral 2018, 00:00

12 fevral 2018-ci il tarixindən başlayaraq, Azərbaycan və Avropa Ətraf Mühit Agentliyinin ekspertləri siyasi qərarların qəbul edilməsi və su ehtiyatlarının inteqrasiyalı idarəçiliyinin həyata keçirilməsini dəstəkləyə biləcək su informasiya sisteminin yaradılması üçün potensialı formalaşdıran 5 günlük təlim sessiyası öz işinə başlayır.

       Təlimin əsas məqsədi ətraf mühit üzrə birgə  informasiyanı, o cümlədən   planetimizdəki bütün həyat, ekosistemlər, cəmiyyət və iqtisadiyyat üçün vacib əhəmiyyətli resurs olan su sektoru  üzrə məlumatların cəmləşdirilməsi,hərtərəfli məlumata əsaslanaraq dəniz və şirin su ekosistemlərini dəstəkləyən, suyu süzməkdən, durultmaqdan və saxlamaqdan, daşqınların qarşısının alınmasına qədər və iqlim tarazlığının saxlanmasından, bioloji müxtəlifliyin qorunmasına qədər bir çox vacib amillərə xidmət edən etibarlı və səmərəli siyasətlərin formalaşdırılması mümkündür.

Qeyd edək ki, Birgə Ekoloji İnformasiya Sistemi (SEİS) II Şərq layihəsi Avropa İttifaqının Avropa Qonşuluq Aləti (ENI) tərəfindən maliyyələşdirilir.Dörd illik layihə Ətraf Mühit üzrə Birgə  İnformasiya Sisteminin  prinsiplərini və təcrübələrini həyata keçirir. O, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində6 ölkə arasında  təcrübə mübadiləsi və ekoloji idarəetməni gücləndirməklə ətraf mühitin mühafizəsinin təşviqinə dəstək məqsədi daşıyır. Layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialı formalaşdırır.