Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
12 Fevral 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 130-230, Lənkəran-Astara bölgəsi çaylarında 100-140, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 187 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 138 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 47,5 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 6, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 343 sm (2017-ci il fevralın 12-də 472 sm), Şirvanda 217 sm (2017-ci il fevralın 12-də 321 sm), Salyanda 169 sm (2017-ci il fevralın 12-də 315 sm), Bankədə 185 sm (2017-ci il fevralın 12-də 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2017-ci il fevralın 12-də 189 sm) təşkil edir.