Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 Fevral 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında  100-170, Naxçıvan MR çaylarında isə 170  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 187 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 114 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 52 m3/s təşkil edərək ongünlük normanın 76  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 6, Salyanda 10, Bankədə 9 sm azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 sm (2017-ci il fevralın 05-də 474 sm), Şirvanda 251 sm (2017-ci il fevralın 05-də 349 sm), Salyanda 201 sm (2017-ci il fevralın 05-də 317 sm), Bankədə 195 sm (2017-ci il fevralın 05-də 240 sm), Araz çayının Novruzlu məntəqəsində isə 117 sm (2017-ci il fevralın 05-də 196 sm) təşkil edir.