Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

02 Fevral 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara bölgəsi çaylarında  100-180, Naxçıvan MR çaylarında isə 170  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 02-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 125 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 81  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 02-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvan və Salyanda 4, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 sm (2017-ci il fevralın 02-də 463 sm), Şirvanda 275 sm (2017-ci il fevralın 02-də 327 sm), Salyanda 299 sm (2017-ci il fevralın 02-də 286 sm), Bankədə 212 sm (2017-ci il fevralın 02-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2017-ci il fevralın 02-də 192 sm) təşkil edir.