Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
29 Yanvar 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 140-190, Lənkəran-Astara bölgəsi çaylarında 200-260, Naxçıvan MR çaylarında isə 200 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 50 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 1, Şirvanda 4, Salyanda 22 sm artım, Bankədə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 393 sm (2017-ci il yanvarın 29-da 419 sm), Şirvanda 255 sm (2017-ci il yanvarın 29-da 291sm), Salyanda 215 sm (2017-ci il yanvarın 29-da 249 sm), Bankədə 206 sm (2017-ci il yanvarın 29-da 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 123 sm (2017-ci il yanvarın 29-da 148 sm) təşkil edir.