Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
26 Yanvar 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan MR çaylarında isə 210 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 44 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 6, Bankədə 4 sm azalma, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 26-da 411 sm), Şirvanda 239 sm (2017-ci il yanvarın 26-da 333 sm), Salyanda 195 sm (2017-ci il yanvarın 26-da 262 sm), Bankədə 201 sm (2017-ci il yanvarın 26-da 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 114 sm (2017-ci il yanvarın 26-da 130 sm) təşkil edir.