Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri İmişli şəhərində vətəndaşları qəbul edib

25 Yanvar 2018, 00:00

25 yanvar 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Zərdab, Füzuli, Beyləqan, Xocavənd və Laçın rayonlarının  vətəndaşları ilə görüşüb.

Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar  və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.