Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
22 Yanvar 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 135-155, Kiçik Qafqazın çaylarında 180-220, Lənkəran-Astara bölgəsi çaylarında 110-160, Naxçıvan MR çaylarında isə 200 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 138 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 103 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 46 m3/s təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra, Şirvan, Salyan məntəqəsində 2 sm azalma, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 373 sm (2017-ci il yanvarın 22-də 438 sm), Şirvanda 247 sm (2017-ci il yanvarın 22-də 319 sm), Salyanda 201 sm (2017-ci il yanvarın 22-də 287 sm), Bankədə 197 sm (2017-ci il yanvarın 22-də 227 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2017-ci il yanvarın 22-də 158 sm) təşkil edir.