Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

21 Yanvar 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-250, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər az olmaqla 132 m3/s və ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 60 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım, Şirvanda 3, Salyanda 10 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 407 sm (2013-cü il yanvarın 21-də 456 sm), Şirvanda 287 sm (2013-cü il yanvarın 21-də 335 sm ), Salyanda 253 sm (2013-cü il yanvarın 21-də 286 sm ), Bankədə 241 sm (2013-cü il yanvarın 21-də 252 sm), Araz çayının Novruzlu məntəqəsində isə 174 sm (2013-cü il yanvarın 21-də 188 sm) təşkil edir.