Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov yanvar ayının 31-də Masallı şəhərində vətəndaşların qəbulunu keçirəcək
21 Yanvar 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 31 yanvar 2014-cü il tarixində saat 10:00-da Masallı şəhərində yerləşən Gənclər Evində (ünvan: Masallı şəhəri M.Talışxanov küçəsi-75) Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Masallı şəhəri Həzi Aslanov küçəsi-4, əlaqə telefonları: 051 349 13 60; 070 648 98 89; 025 215 33 34) xahiş olunur.