Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

08 Yanvar 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 180-200, Lənkəran-Astara bölgəsi çaylarında  120, Naxçıvan MR çaylarında isə 220  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 50 m3/s təşkil edərək ongünlük normanın 71  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqəsində 6, Bankədə 3 sm azalma, lakin Surra və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 399 sm (2017-ci il yanvarın 08-də 460 sm), Şirvanda 269 sm (2017-ci il yanvarın 08-də 343 sm), Salyanda 219 sm (2017-ci il yanvarın 08-də 305 sm), Bankədə 207 sm (2017-ci il yanvarın 08-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 133 sm (2017-ci il yanvarın 08-də 180 sm) təşkil edir.