Yanğın söndürülüb
31 Dekabr 2017, 00:00
Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində 30 dekabr 2017-ci il tarixində söndürülüb.
Yanğın zamanı 1,2 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.
Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.
Xatırladaq ki, 29 dekabr 2017-ci il tarixində saat 13:30 radələrində Şəki rayonu yaylaq ərazisində başlayan yanğın sonradan külək nəticəsində Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçmişdi.