Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

22 Dekabr 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 120-170, Lənkəran-Astara bölgəsi çaylarında  110-120, Naxçıvan MR çaylarında isə 160  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Dekabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 161 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Dekabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra, Bankə məntəqələrində və  Araz çayının Novruzlu məntəqəsində 1, Şirvanda 8 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 385 m (2016-cı il dekabrın 22-də 508 sm), Şirvanda 259 sm, (2016-cı il dekabrın 22-də 377 sm), Salyanda 219 sm (2016-cı il dekabrın 22-də 349 sm), Bankədə 207 sm (2016-cı il dekabrın 22-də 257 sm), Araz çayının Novruzlu məntəqəsində isə 123 sm (2016-cı il dekabrın 22-də 225 sm) təşkil edir.