Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
18 Dekabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında 90-120, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 178 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 180 m3/s olmaqla ongünlük normanın 115 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 105 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Şirvanda 6, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 11 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 m (2016-cı il dekabrın 18-də 498 sm), Şirvanda 251 sm, Salyanda 209 sm (2016-cı il dekabrın 18-də 335 sm), Bankədə 203 sm (2016-cı il dekabrın 18-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2016-cı il dekabrın 18-də 223 sm) təşkil edir.