Ekologiya və Təbii Sərvətlər Naziri dekabr ayının 21-də Yevlax şəhərində vətəndaşların qəbulunu keçirəcək
12 Dekabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 21 dekabr 2017-ci il tarixində saat 10:00-da Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Nizami prospekti 61) Yevlax, Mingəçevir, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Nizami prospekti 11) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-420-57-08, 055-414-62-97, 022-336-04-88) xahiş olunur.