Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
11 Dekabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında 80-170, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 190 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 39.5 m3/s olmaqla, ongünlük normanın 52 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 105 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 14, Salyanda 17, Bankədə 4 sm artım, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 389 m (2016-cı il dekabrın 11-də 465 sm), Şirvanda 267 sm, Salyanda 231 sm (2016-cı il dekabrın 11-də 310 sm), Bankədə 202 sm (2016-cı il dekabrın 11-də 229 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 sm (2016-cı il dekabrın 11-də 180 sm) təşkil edir.