Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
04 Dekabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 100-170, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 171 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 129 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 m3/s olmaqla, ongünlük normanın 39 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda və Bankədə 2 sm azalma, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 m (2016-cı il dekabrın 04-də 461 sm), Şirvanda 229 sm, Salyanda 177 sm (2016-cı il dekabrın 04-də 328 sm), Bankədə 191 sm (2016-cı il dekabrın 04-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2016-cı il dekabrın 04-də 170 sm) təşkil edir.