Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
20 Noyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-150, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 215 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 106 m3/s təşkil edərək ongünlük normanın 124 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Salyanda 7, Bankədə 6 sm azalma, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində 10 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 m (2016-cı il noyabrın 20-də 461 sm), Şirvanda 253 sm, Salyanda 210 sm (2016-cı il noyabrın 20-də 300 sm), Bankədə 191 sm (2016-cı il noyabrın 20-də 245 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2016-cı il noyabrın 20-də 168 sm) təşkil edir.