Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

17 Noyabr 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında  50-130, Naxçıvan MR çaylarında isə 170  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 210 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 39,5 m3/s olmaqla, ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 98 m3/s təşkil edərək ongünlük normanın 115  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2,  Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 m (2016-cı il noyabrın 17-də 440 sm), Şirvanda 251 sm, Salyanda 227 sm (2016-cı il noyabrın 17-də 300 sm), Bankədə 202 sm (2016-cı il noyabrın 17-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2016-cı il noyabrın 17-də  153 sm) təşkil edir.