Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
13 Noyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 140-160, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 115 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 88 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 22, Salyanda 9, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 12 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 m (2016-cı il noyabrın 13-də 473 sm), Şirvanda 231 sm, Salyanda 200 sm (2016-cı il noyabrın 13-də 370 sm), Bankədə 189 sm (2016-cı il noyabrın 13-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 sm (2016-cı il noyabrın 13-də 183 sm) təşkil edir.