Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
10 Noyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-160, Naxçıvan MR çaylarında isə 200 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 92 m3/s təşkil edərək ongünlük normanın 109 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 10, Şirvanda 6 sm artım, Bankədə 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 330 m (2016-cı il noyabrın 10-da 498 sm), Şirvanda 181 sm, Salyanda 160 sm (2016-cı il noyabrın 10-da 382 sm), Bankədə 183 sm (2016-cı il noyabrın 10-da 265 sm), Araz çayının Novruzlu məntəqəsində isə 52 sm (2016-cı il noyabrın 10-da 212 sm) təşkil edir.