Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
06 Noyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 200 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 56 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 130 m3/s təşkil edərək ongünlük normanın 154 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 16, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 316 m (2016-cı il noyabrın 06-da 528 sm), Şirvanda 187 sm, Salyanda 151 sm (2016-cı il noyabrın 06-da 402 sm), Bankədə 167 sm (2016-cı il noyabrın 06-da 277 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2016-cı il noyabrın 06-da 240 sm) təşkil edir.