Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
03 Noyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40-50 , Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 28 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 231 m3/s olmaqla ongünlük normanın 124 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 193 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 8 sm artım, Salyanda 35, Bankədə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 m (2016-cı il noyabrın 03-də 544 sm), Şirvanda 237 sm, Salyanda 175 sm (2016-cı il noyabrın 03-də 404 sm), Bankədə 181 sm (2016-cı il noyabrın 03-də 286 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2016-cı il noyabrın 03-də 260 sm) təşkil edir.