Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
23 Oktyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-60 , Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 198 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 138 m3/s təşkil edərək ongünlük normanın 150 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda və Bankədə 4, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 344 m (2016-cı il oktyabrın 23-də 564 sm), Şirvanda 231 sm, Salyanda 181 sm (2016-cı il oktyabrın 23-də 400 sm), Bankədə 183 sm (2016-cı il oktyabrın 23-də 285 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il oktyabrın 23-də 275 sm) təşkil edir.