Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
16 Oktyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 50-70 , Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 153 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 101 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 110 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 378 m (2016-cı il oktyabrın 16-da 446 sm), Şirvanda 263 sm, Salyanda 210 sm (2016-cı il oktyabrın 16-da 278 sm), Bankədə 199 sm (2016-cı il oktyabrın 16-da 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 sm (2016-cı il oktyabrın 16-da 155 sm) təşkil edir.