Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (yanvar ayının I ongünlüyü üçün)
13 Yanvar 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III
ongünlüyünə nisbətən 9 m3/san azalaraq 121 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, Ağstafaçay su anbarında 3, Ağstafaçayda isə 5 dəfə YVQH-ni keçib.
Yanvar ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində fenollar 4 dəfə, Bəhramtəpədə isə 3 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.98-6.12 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.