Xəbərlər

Qanunsuz ov edən şəxslər saxlanılıb

09 Yanvar 2014, 00:00

09 yanvar 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Şirvan Milli Parkı ərazisində növbəti reyd keçirilmişdir.
Reyd zamanı qanunsuz ov etdiklərinə görə Salyan rayon sakinləri saxlanılmış və onlardan 3 ədəd ov tüfəngi, 1ördək və adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş 2 turac quşu götürülmüşdür.
Faktla bağlı təqsirkar şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada ümumilikdə onlara 4500 manat məbləğində cərimə tətbiq olunmuş, təbiətə dəymiş ziyanla bağlı 2000 manat məbləğində iddia qaldırılmışdır.
Faktın hansı şəraitdə baş verməsi və təfsilatlarının müəyyən edilməsi istiqamətində Nazirlik tərəfindən araşdırmalar davam etdirilir.