Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

27 Mart 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 100-230, Lənkəran-Astara bölgəsi çaylarında isə  30-60  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 255 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 56 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 91 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 26, Salyanda 17, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 sm (2016-cı il martın 27-də 404 sm), Şirvanda 253 sm (2016-cı il martın 27-də 315 sm), Salyanda 200 sm (2016-cı il martın 27-də 257 sm), Bankədə 175 sm (2016-cı il martın 27-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 sm (2016-cı il martın 27-də 110 sm) təşkil edir.