Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 Fevral 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 190-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 68 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Salyanda 8, Şirvanda 6 sm artım, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb,  Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470 (2016-cı il fevral 03-də 478 sm), Şirvanda 333 (2016-cı il fevral 03-də 363 sm), Salyanda 294 (2016-cı il fevral 03-də 325 sm), Bankədə 243 (2016-cı il fevral 03-də 244 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2016-cı il fevral 03-də 205 sm) təşkil edir.