Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-180, Kiçik Qafqazın çaylarında 110-170, Lənkəran-Astara bölgəsi çaylarında 70-90, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Dekabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 121 m3/s, ongünlük normanın 83 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 162 m3/s və ongünlük normanın 111 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2012-ci ildə də bu göstərici bir qədər az olmaqla 63 m3/s təşkil etmiş və ongünlük normanın 87 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Salyan və Bankə məntəqəsində 5 sm artım, Surrada 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma müşahidə olunmuş, Şirvanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 446 sm (2012-ci il dekabrın 23-də 416 sm), Şirvanda 322 sm (2012-ci il dekabrın 23-də 293 sm ), Salyanda 290 sm (2012-ci il dekabrın 23-də 289 sm ), Bankədə 244 sm (2012-ci il dekabrın 23-də 244 sm), Araz çayının Novruzlu məntəqəsində isə 193 sm (2012-ci il dekabrın 23-də 151 sm) təşkil edir.