Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

20 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 120-150, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 151 m3/s, ongünlük normanın 97 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 130 m3/s və ongünlük normanın 83 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2012-ci ildə də bu göstərici həmçinin 66 m3/s təşkil etmiş və ongünlük normanın 87 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 18, Salyanda 5, Bankədə 9, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442 sm (2012-ci il dekabrın 20-də 412 sm), Şirvanda 311 sm (2012-ci il dekabrın 20-də 278 sm ), Salyanda 270 sm (2012-ci il dekabrın 20-də 283 sm ), Bankədə 235 sm (2012-ci il dekabrın 20-də 230 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2012-ci il dekabrın 20-də 149 sm) təşkil edir.