Qanunsuz ov edən şəxslər ETSN-nin əməkdaşını yaralayıb
19 Dekabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Tərtər, Yevlax, Bərdə və Ağdaş rayonlarını əhatə edir) mühafizə yegeri Pərviz İsmayılov Bərdə rayonunun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı sahədə qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə
keçirilən növbəti reyd zamanı naməlum şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. Belə ki, qanunsuz ov edən şəxslər xidməti vəzifəsini yerinə yetirən
P.İsmayılovun ərazini tərk etmək və silahları təhvil vermək tələbinə məhəl qoymayıb və onlardan biri ov tüfəngi ilə atəş açaraq onu bud nahiyəsindən yaralayıb. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.